Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:38

Yəməndə də istefa tələbilə kütləvi nümayişlər keçirilir


Yəmənin paytaxtı Sana və ölkənin digər şəhərlərində prezident Ali Abdullah Salehin istefası tələbilə kütləvi nümayişlər keçirilir.

Öz növbəsində prezidentin 10 minlərlə tərəfdarı Paytaxt Sanada prezidentin iqamətgahı qarşısına yığışıblar.

İyundan Səudiyyə Ərəbistanında müalicədə olan prezident Ali Abdullah Saleh bu günlərdə xəstəxanadan çıxıb.

Kütləvi etirazlara baxmayaraq o hələ də istefa vermək fikrində deyil.

Bu ilin yanvarından onun istefası tələbilə ölkədə kütləvi nümayişlər keçirilir.
XS
SM
MD
LG