Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 07:54

Mitinqlə bağlı müraciət etdiyi üçün şöbəyə aparıldı


Foto: Arxiv
Gədəbəy sakini rayon icra hakimiyyəti başçısı tərəfindən təhqir olunduğunu və sonra da polisə aparıldığını deyir.

Dəyirmandağ kənd sakini Səyyaf Musayev deyir ki, mitinq keçirmək üçün bu ilin aprelində göndərdiyi müraciətə, torpaq bölgüsündə saxtakarlıqlarla bağlı şikayətlərinə cavab almaq üçün avqustun 12-də icra hakimiyyətinə gedib. İcra başçısı Kamran Rzazadə isə onu söyüb, təhqir edib:

«Kamran Rzazadə cavabımı dinləmədən məni söyüşlərlə təhqir etdi ki, niyə mən mitinq üçün aprel ayının 10-da rəsmi müraciətlə ondan icazə istəmişəm. Sonra da yanında olan polis rəisinin müavini Fəzail Məmmədova dedi ki, aparın bunu içəri salın».

Səyyaf Musayev deyir ki, o, şöbəyə aparılıb. Ağlını başına yığmasa, şərlənib həbs ediləcəyini bildirərək sərbəst buraxıblar.

Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Kamran Rzazadə isə AzadlıqRadiosuna bildirib ki, o, vətəndaşların qəbulunu ictimaiyyət nümayəndələri qarşısında keçirdir və kimsə təhqir edilmir:

«Biz özümüzü o qədər itirməmişik ki, kimisə təhqir edək. O, düz demir. Qəbulumda olub. Amma mitinqlə bağlı heç bir söhbət olmayıb. Deyir islahat vaxtı ona az torpaq veriblər. Mən də deyirəm islahat 1996-cı ildə gedib. Düz aparılmayıbsa, məhkəməyə müraciət et».

Gədəbəy rayon polis şöbəsinin rəis müavini Fəzail Məmmədov isə AzadlıqRadiosuna deyib ki, Səyyaf Musayev icra hakimiyyətinə mitinqlə bağlı müraciət etdiyi üçün şöbəyə aparılıb:

«Gəlib orada müraciət elədi ki, mən mitinq edəcəm. Mən də göndərdim ki, get müavin Bəhmən müəllimin yanına, araşdırsın ki, şənin şikayətin nədir. Qanunsuz mitinq olmaz. Bir az əvvəl yanımda idi. 5 dəqiqə onunla profilaktik izahedici söhbət aparıldı və o, getdi».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG