Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:01

Hacıqabulda partlayışın dərsi - maye qazın daşınmasında təhlükəsizlik gözlənirmi? (VİDEO)




Hacıqabul rayonunda avqustun 9-da baş verən partlayış
la bağlı istintaqı Fövqəladə Hallar Nazirliyinin İstintaq Əməliyyat İdarəsi aparır. Faktla bağlı Cinayət Məcəlləsinin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb. Partlayışa səbəb olan propan maye qazı daşıyan «KamAZ» sürücüsü, Şərur rayon sakini Çingiz Hacıyev isə artıq həyatda yoxdur. Partlayış nəticəsində ölən 3 nəfərdən biridir.

Bəs görəsən, 22 nəfərin də yaralandığı bu hadisədə «KamAZ» öz marşrut xətti üzrəmi hərəkət edirdi? Bundan başqa sərnişin avtobusu yanacaqdoldurma məntəqəsinə girməklə qaydanı pozmuşdumu?

«QAYDANI POZAN SƏRNİŞİN AVTOBUSUNUN SÜRÜCÜSÜDÜR»

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə müdiri Vaqif Əsədov deyir ki, təhlükəli yüklərin daşınması barədə qanunvericilikdə müəyyən məqamlar var. Ən vacibi isə odur ki, bu cür avtomobillərin mərkəzi küçələrdə hərəkəti qadağandır. Onlar üçün xüsusi marşrutlar nəzərdə tutulur. Hacıqabulda partlayışa səbəb olan «KamAZ»ın sürücüsü bu qaydanı pozmayıb, onun üçün nəzərdə tutulan marşrut üzrə hərəkət edib.
Vaqif Əsədov
Amma sürücünün yol hərəkət qaydalarını pozub-pozmaması və ümumiyyətlə, qəzanın səbəbləri hələ ki, aydın deyil. İndi aydın olan bir məsələ var – sərnişin avtobusunun sürücüsü yol hərəkət qaydasını pozub. Sürücünün kimliyi barədə hələ ki, məlumat verilmir:

«Sərnişinlərlə dolu avtobusların yanacaqdoldurma məntəqəsinə girişi «Yol Hərəkəti haqda» qanunun tələbinə ziddir. Sürücünün bu əməli 3 cərimə balı ilə qiymətləndirilir. İl ərzində sürücü 4 dəfə bu qaydanı pozarsa, bir il müddətinə sürücülük vəsiqəsindən məhrum edilir».

«SƏRNİŞİN DOLU AVTOBUSUN YANACAQDOLDURMA MƏNTƏQƏSİNƏ GİRİŞİ QADAĞAN OLSA DA ...»

V.Əsədov deyir ki, məsuliyyətə cəlb olunmaqlarına baxmayaraq, sərnişin daşıyan sürücülərin əksəriyyəti bu qaydanı pozmaqda davam edirlər. Bu ilin yanvar ayından bu yana Dövlət Yol Polisi 60-dan çox belə sürücünü cəzalandırıb.

Ərşad Hüseynov
Hüquqşünas Ərşad Hüseynov isə hesab edir ki, bu cür neqativ halların qarşısını almaq üçün nəzarət artırılmalıdır. Hüquqşünas deyir ki, qaydalar az qala hər addımbaşı pozulur:

«NƏZARƏT GÜCLƏNDİRİLMƏLİDİR»

«Bu sahədə problem var. Şəhərin ortasında, məsələn, elə indi olduğum «Mətbuat prospekti»ndə təhlükəli maye daşıyan maşınlar gedir. Bu maşınlar şəhərin elə yerlərində görünür ki, onların həmin marşrut üzrə hərəkət sxemi ola bilməz. Yəni Yol Polisi həmin yerdə onların hərəkətinə icazə verə bilməz, mümkün deyil. Onların xüsusi hərəkət sürəti var. Həmin nəqliyyat vasitələri bu sürəti də pozurlar».

Ə.Hüseynovun fikrincə, bu cür hallara təkcə DYP yox, bu cür nəqliyyat vasitələrinə xüsusi lisenziya verən Fövqəladə Hallar Nazirliyi də nəzarət etməlidir.
XS
SM
MD
LG