Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:12

Suriyada daha bir cümə günü qanlı başladı


Suriyada Hama şəhərində əsgərlər prezident Bashar Assadı dəstəkləyən şüarlar səsləndirirlər, 10 avqust 2011

Suriyada Hama şəhərində əsgərlər prezident Bashar Assadı dəstəkləyən şüarlar səsləndirirlər, 10 avqust 2011

Suriyada Bashar əl-Assad rejiminə qarşı çıxanlar avqustun 12-də, cümə namazından sonra yeni etirazlara çağırıblar. Amma Ramazan ayı olmasına baxmayarq, hökumət qoşunları ölkəboyu əməliyyatlarını da davam etdirir.

Bu günkü etirazların qarşısını almaq üçün səhərdə keçirilən reydlər zamanı bir kişi və bir qadının öldürüldüyü bildirilir.

İnsan haqları fəalı Rami Abdel Rahman deyir ki, kişini Dəməşq yaxınılığında Saqba kəndində öldürüblər, həbslərdən qaçıb qurtulmaq istəyərkən. Qadını isə şimal Qərbdəki Kahn Sheikhun-da öldürüblər.

Şahidlərin verdikləri məlumatlara görə, onlarla tank, əsgərləri və prezidentə sadiq silahlı mülki şəxsləri daşıyan maşınlar bu gün Kahn Sheikhuna daxil olub.

Bunlara da nəzər salın
Bir gün əvvəl, cümə axşamı isə Suriya qoşunları ölkəboyu reydlər zamanı 16 nəfəri öldürmüşdülər.

Ümumilikdə, insan haqları təşkilatlarının hesablamalarına görə, mart ayından başlanan toqquşmalarda 2150 nəfərin öldürüldüyü təsdiqlənib.

Bunlardan 1700-ə yaxını dinc sakinlər, 400-ə yaxını isə polislərdir. Hökumət polisləri quldurların öldürdüyünü deyir, insan haqları fəalları isə iddia edirlər ki, onları prezident tərəfdarları öldürüblər. Çünki dinc sakinlərə atəş açmaqdan imtina ediblərmiş. Bunula hökumət həm də daha geniş hərbi əməliyyatları əsaslandıra bilib.

Suriyada etirazlar başalanandan bu yana hər cümə günü, namazdan sonra yüz minlərlə insan bütün ölkə boyu, iri şəhərlərdə küçələrə tökülür. Ramazan başlayandan bəri cümə namazına qatılanların və küçələrə çıxanların da sayı artıb.

Etirazları yönləndirən qruplardan biri Facebook-da yaradılan Suriya inqilabı 2011 qrupudur. İnternetdə yaydıqları mesajda onlar bildirirlər: “Biz ancaq Allah qarşısında diz çökürük”.

Qrup “Ramazanda hər gün cümə olsun” şüarıyla inanclı insanları bütün Ramazan ayı boyu hər gün etiralara çağırır. Əslində elə avqust ayının 1-dən başlayaraq Suriyada doğrudan da etirazların miqyasının artıdğını görmək olur.

Amma etirazlara çıxanlar çoxaldıqca Assad rejiminin amansızlığı da artır. Beynəlxalq ictimaiyyətdən gələn çağırışları qulaqardına vuran Assada təsir etmək üçün ABŞ Dövlət Katibi Hillary Clinton son olaraq Çin, Rusiya və Hindistana üz tutub.

Washington-dan bildiriblər ki, ABŞ prezidenti Barack Obamanın da ilk dəfə olaraq Bashar al-Assadı hakimiyyət təhvil verməyə çağıran çıxışı gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG