Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:16
“Dünyanın ən təhlükəli terrorçusu” Osama bin Ladenin ölümü haqda çəkiləcək film ABŞ-da qalmaqal yaradıb.

Nümayəndələr Palatasının Daxili Təhlükəsizlik Komitəsinin rəhbəri, respublikaçı Peter King prezident Obama administrasiyasının Hollivud rejissoru ilə əməkdaşlığından qəzəblənib.

Oskar mükafatlı rejissor Kathryn Bigelow bin Laden haqqında filminə ABŞ xüsusi təyinatlılarının Pakistanda terrorçuya qarşı keçirdiyi əməliyyat epizodunu da salmaq istəyir.

Komitə sərdi Mərkəzi Kəşfiyyat İdarəsinə və Müdafiə Nazirliyinə yazdığı məktubda rejissorla əməkdaşlığın Amerikanın milli təhlükəsizliyinə zərbə olacağından ehtiyatlandığını bildirir.

Onun fikrincə, Pentaqon rejissora əməliyyatla bağlı məxfi məlumatları verməməlidir. Çünki həmin məlumatlar filmdə istifadə olunandan sonra terrorçulara da gərəkli ola, onların növbəti oxşar əməliyyatlar zamanı daha hazırlıqlı olmasına şərait yarada, xüsusi təyinatlıların həyatı üçün təhlükə törədə bilər.

Keçən ildən bəri çəkilən film “1 nömrəli terrorçu”nun axtarışlarına həsr olunacaqdı. Amma bir neçə ay qabaq bin Ladenin Pakistanda öldürülməsindən sonra rejissor ssenariyə dəyişiklik etməli olub.

Ağ ev isə bildirib ki, rejissora heç bir məxfi məlumat verilməyib. Sadəcə filmdə qeyri dəqiqliklərin olmaması üçün rejissor texniki xarakterli məlumatlarla təmin edilib.

Onun sözlərinə görə, Müdafiə Nazirliyi adətən film ssenarilərini nəzərdən keçirəndən
Pentaqonun yaydığı foto - bin Laden Pakistanın Abbotabad şəhərində gizləndiyi evdə.

sonra “ABŞ ordusunun orada necə təsvir edildiyindən asılı olaraq” çəkiliş qrupunun hərbi baza, vertolyot və s. texnika, silahlardan istifadə etmələrinə şərait yaradır.

Ağ evin sözçüsü Jay Carney jurnalistlərə deyib ki, Nümayəndələr Palatasının komitə sədri ölkənin təhlükəsizliyinə zərbə ola biləcək ciddi problemlərlə məşğul olmalıdır – daha film məsələsi ilə yox.

“New York Times” qəzetinin köşə yazarı Maureen Dowd isə filmin növbəti prezident seçkilərindən bir ay qabaq - 2012-ci ilin oktyabrında ekrana çıxacağına diqqət çəkir.

O, filmin çox gərgin rəqabət şəraitində keçəcəyi gözlənən seçkidə demokrat Barak Obamanın təbliğatına xidmət edəcəyini yazır.

Oxu zalı

Günün bütün mövzuları

XS
SM
MD
LG