Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:23

İslam Partiyasının üzvləri saxlanıb


Avqusutun 11-də axşam saatlarına Sumqayıtda Azərbaycan İslam Partiyasının sədr müavini Arif Qəniyev saxlanılıb. İlkin məlumata görə Qəniyevin maşınından silah və narkotik tapılıb. Bu baradə AzadlıqRadiosuna Arif Qəniyevin vəkili Anar Qasımov məlumat verib. Onun sözlərinə görə müdafiə etdiyi şəxsi MTN saxlayıb:

«MTN-də müstəntiqlə əlaqə saxladıq. Dedilər onlar bu işi MTN-in ya prokurorluğun aparacağı barədə Baş Prokurorluğun qərarını gözləyirlər. Hələlik belə bir qərar yoxdur. Amma gün ərzində olmalıdır».

Anar Qasımov deyir ki, avqustun 11-də Arif Qəniyevdən başqa Azərbaycan İslam Partiyasının Lahıcda və Bakıda daha 2 üzvü də saxlanılıb. Onlardan da narkotik götürüldüyü bildirilir. İşin 3-nü də eyni müstəntiq aparır.

Azərbaycan İslam Partiyasından «Dindarların hüquqlarını müdafiə komitəsi»nin sədri Natiq Kərimov isə AzadlıqRadiosuna bildirib ki, bir azdan onlar məsələni müzakirə edəcəklər: «Möminləri silah, narkotik və digər bu kimi ittihamlarla saxlamaq nə dindarlara, nə də dövlətə yaraşır».

Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məsələyə münasibət öyrənə bilmədik.
XS
SM
MD
LG