Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:24

Əli Laricani: «Lazımsız sözlərlə qonşu ölkələrlə münasibətlərə ziyan vurulmamalıdır»


Əli Laricani

Əli Laricani

Rəsmi şəxslər lazımsız və yersiz sözlər işlətməklə İranın qonşu müsəlman ölkələrlə əlaqələrinə ziyan vurmamalıdırlar.

Bunu İran parlamentinin spikeri Əli Laricani deyib.

Bu barədə «Trend» İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.

«İran İslam Respublikasının strategiyası İmam Xomeyninin dövründən bəri qonşu ölkələrlə yaxın, səmimi və dostluq əlaqələri yaratmaq olub. Qonşu ölkələrlə dostluq münasibətləri qurmaq İran üçün əsas prioritetdir. Rəsmi şəxslər siyasi çıxışlar edərkən diqqətli olmalıdırlar», - Laricani bildirib.

Bir qədər öncə İran Silahlı Qüvvələrinin baş qərargah rəisi Həsən Firuzabadi Azərbaycana qarşı sərt fikirlər səsləndirmişdi.

Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi İrana rəsmi nota verib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG