Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:30
Tehran Universitetinin keçmiş rektoru Mohammad Maleki “Allaha qarşı ədavət aparmaqda” iddia olunur. Onu İranda İslam rejiminin dağıdılmasına cəhddə günahlandırırlar.

Maleki Farda radiosuna müsahibəsində deyib ki, bu məhkəməni qanunsuz saydığına görə prosesə getməkdən imtina edib. O, hətta Tehran Məhkəməsinin hakiminə bu haqda müraciət imzalasa da, onun sözlərinə məhəl qoyulmayıb. Prosesə getmək məcburiyyətində qalan Maleki ordakı çıxışında məhkəməni qanunsuz hesab etdiyini ildirib.

Mohammad Meleki 2009-cu ildə keçirilən prezident seçkisinin nəticələrinə etiraz etdiyinə görə həbsə düşən ziyalılardan biridir. O, 191 gün Tehran həbsxanasında yatıb. Azadlığa çıxandan sonra da hakimiyyətə qarşı tənqidi çıxışlarını dayandırmayıb.
İndi Malekini İran Mücahidləri Təşkilatı ilə əlaqədə ittiham edirlər. O, Ayətulla Ruhulla Xomeynini, ali dini lider Ali Hamneyini təhqir etməkdə, həm də milli təhlükəsizliyə qarşı çıxışlarda ittiham olunur.
Maleki məhkəmədə ona qarşı irəli sürülən ittihamları rədd edib. Deyib ki, o, hakimiyyəti təhqir yox, tənqid edib. Milli təhlükəsizliyə pozmağa gəlincə, akademik bu iddiaya yalnız gülərək cavab verib.
Maleki İslam inqilabından sonra Tehran Universitetinin ilk rektoru olub. O, prostat xərçəngindən və ürək xəstəliyindən əziyyət çəkir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG