Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:21

Azərbaycanda havanın temperatur tədricən yüksələcək.


Milli Hidrometeorologiya Departamentindən bildiriblər ki, Bakıda və Abşeron yarımadasında avqustun 13-də hava şəraiti dəyişkən buludlu olacaq, gün ərzində yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 21-25, gündüz 32-37 dərəcə təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə olacaq.

Azərbaycanın rayonlarında avqustun 13-də hava şəraiti əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 13-18, gündüz 22-27 dərəcə isti təşkil edəcək.
XS
SM
MD
LG