Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:22

Samuxda 74 yaşayış evi su altında qalıb


Gürcüstana yağan leysan yağış Samuxun sərhədə yaxın Burunqovaq kəndini su altında qoyub.

Samux rayon İcra Hakimiyyəti başçısının müavini Tahir Əliyevin verdiyi məlumata görə, rayon mərkəzindən 85 kilometr aralıda yerləşən Burunqovaq kəndində 124 yaşayış evi var. 74 evi sel aparıb.

Burada evlər çiy kərpicdən tikildiyi üçün sel evləri asanlıqla yararsız hala salıb. Hazırda evlərin zirzəmisinə dolan su təmizlənir. Su çəkildikdən sonra kənd sakinlərinə yardımlar veriləcək.

Kənddə 660 adam yaşayır.

Komissiya sədri qeyd etdi ki, 500 hektara yaxın əkinə yararlı torpaq su altında qalıb. Xeyli mal qara və toyuq cücə tələf olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG