Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:33

Suriyada «demokratiyaya keçid»ə ehtiyac var


ABŞ prezidenti Barak Obama ilə Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub, Suriyadakı vəziyyəti müzakirə ediblər. İki lider Suriyada «demokratiyaya keçid»ə ehtiyacın olması ilə bağlı razılaşıblar.

Bu barədə Ağ Ev məlumat yayıb.

Dünən Suriyanın hökumət qüvvələrinin Homs əyalətində keçirdiyi əməliyyat zamanı azı 12 nəfər ölüb. Məlumata görə, Obama administrasiyası yaxın vaxtlarda prezident Bashar al-Assadi istefaya getməyə çağıra bilər.

ABŞ Dövlət katibi Hillari Klinton CBS News televiziyasına müsahibəsində deyib ki, Amerika digər dövlətlərin də bu sahədə səsini ucaltmasını istəyir. Assadin legitimliyini itirdiyini deyir.

Bəzi məlumatlara görə, Suriyada 5 aydır davam edən hökumət əleyhinə nümayişlərdə 2 minə yaxın adam ölüb, minlərlə həbs edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG