Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:53

«Eurovosion» biletinin qiyməti müəyyənləşəndə əhalinin büdcəsi nəzərə alınacaq


Gələn ilin mayında Bakıda keçiriləcək «Eurovision» mahnı müsabiqəsinin biletlərinin qiyməti İctimai Televiziya və digər aidiyyatı qurumlarla müəyyənləşdiriləcək.

«Amma bilet qiymətləri müəyyənləşdirilərkən əhalinin də büdcəsi nəzərə alınacaq. Çünki bu tədbir sadəcə sosial vəziyyəti yaxşı olanlar üçün deyil, həm də sıravi insanlar üçündür».

İctimai Televiziyanın məlumatına görə, bunu Azərbaycana səfərinin yekunları ilə bağlı danışan müsabiqənin təşkilati rəhbəri Sietse Bekker (Sietse Bakker) deyib.

Eyni zamanda müsabiqənin harada keçiriləcəyi ilə bağlı məsələyə toxunaraq qeyd edib ki, əgər müsabiqənin keçirilməsi üçün yeni bir yer tikilirsə, tikinti işləri vaxtında başa çatdırılmalıdır.

«Şou yeni tikiləcək bir məkanda keçiriləcəksə, onda ehtiyat kimi "B variantı» lazımdır.

Azərbaycan bu ilin mayında 57-ci dəfə təşkil olunan «Eurovision»a ilk dəfə ev sahibliyi edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG