Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:05

Kimya müəllimlərinin imtahanı keçirilir


Avqustun 12-də Azərbaycanda müəllimlərin işə qəbulu ilə bağlı növbəti imtahan keçirilir. Bu dəfə kimya müəllimi işləmək istəyənlər imtahan verir.

Hazırda ölkədə kimya müəllimliyi ixtisası üzrə 141 vakant yer var.

Təhsil nazirliyinin saytında yerləşdirilən məlumata görə, səhər saat 9.00-da başlayan imtahan axşam saat 18.00-dək davam edəcək. Hər bir namizəd kompüter vasitəsilə bir saat ərzində 35 sualı cavablandıracaq və imtahan başa çatan kimi topladığı balı öyrənəcək.

Kimya fənnindən sonra tarix, biologiya, fizika, riyaziyyat, informatika, coğrafiya, musiqi və nəğmə, təsviri incəsənət, gənclərin çağırışaqədərki hazırlığı, əmək hazırlığı və fiziki tərbiyə fənləri üzrə imtahanlar keçiriləcək.
XS
SM
MD
LG