Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:49

ABŞ birjaları bir qədər yüksəlişlə açılıb


ABŞ-da birjalar Çərşənbə günü 4 faizə yaxın ucuzlaşandan sonra bu səhər özünə gəlib. Dow Jones indexi 2.5 faiz artıb, S&P 500 səhmləri isə 2.45 % bahalanıb. Amma Nasdaq texnologiya şirkətlərinin səhmləri 3 faiz düşüb.

Avropa birjaları da səhər seanslarında bir qədər dirçəlsə də, sonradan kəskin ucuzlaşmağa başlamışdılar.

Ancaq Fransa prezidenti Nicolas Sarkozynin avrozonanın borc böhranının müzakirə etmək üçün Almaniya kansleri Angela Merkellə görüşəcəyini açıqlamasından sonra birjalar sakitləşmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG