Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:15

Cabbar Savalanlı cəzaçəkmə müəssisəsinə köçürülüb


Cabbar Savalanlı

Cabbar Savalanlı

Avqustun 10-da AXCP Gənclər təşkilatının həbsdə olan üzvü Cabbar Savalanlı Şüvəlan təcridxanasından 10 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Bu barədə AzadlıqRadiosuna onun vəkili Anar Qasımlı məlumat verib. Vəkil deyib ki, bu gün cəzaçəkmə müəssisəsində Cabbar Savalanlı ilə görüşüb, durumu ilə maraqlanıb. Savalanlı vəziyyətinin normal olduğunu bildirib.

Vəkilin sözlərinə görə, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti hazırlayıb. Növbəti həftə şikayəti Ali Məhkəməyə təqdim edəcək.

Cabbar Savalanlı tiryək əldə edib saxlamaqda təqsirli bilinib. O, bu il mayın 4-də Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə 2 il yarım müddətinə azadlıqdan məhrum edilib. Onun vəkilinin hökmdən Sumqayıt Apellyasiya Məhkəməsinə verdiyi apellyasiya şikayəti təmin olunmayıb və cəza qüvvəsində saxlanılıb.

Gənc fəal özünü təqsirli bilməyib və həbsini sifarişli adlandırıb. Bir sıra yerli və beynəlxalq hüquq müdafiə təşkilatları da onun həbsinin siyasi fəaliyyəti ilə bağlı olması ilə bağlı bəyanatlar veriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG