Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:11

Britaniya zorakılıqlarla mübarizədə qərarlıdır


Britaniya hökuməti tarixindəki ən zorakı toqquşmaları tərədənlərlə mqbarizədə qərarlıdır. Baş Naziri David Cameron ölkədəki toqquşmalarla bağlı bu gün parlamentdə çıxışında belə deyib.

Zorakılıqlarla bağlı keçirilən parlamentin növbədənkənar sessiyasında çıxış edən Cameron talanlar, toqquşmalar və polislə qarşıdurmayla konkret mübarizə metodları haqda da məlumat verib.

Baş nazirin sözlərinə görə, əgər zorakılıqlar davam etsə, orduya müraciət edəcəklər ki, polis digər funksiyalarının yerinə yetirə bilsin. Ancaq Cameron indilik polisə daha geniş səlahiyyətlər verəcəklərini bildirib.

Baş nazirin sözlərinə görə, son hadiələr nə siyasət, nə də social səbəblərlə bağlı olmayıb, sadəcə qarətçilər tərəfindən təşkil olunur.

Şənbə günündən bu yana başlanan toqquşmalarda artıq mindən çox adam həbs edilib. Olaylar polisin Londonda bir şübhəlini öldürməsindən sonra başlanıb.
XS
SM
MD
LG