Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:55

Daşqınlardan zərər çəkən daha 8 nəfər məhkəməyə müraciət etdi


Daşqınlardan zərər çəkən daha 8 nəfər Nazirlər Kabineti ilə Fövqəladə Hallar Nazirliyini məhkəməyə verib.

Sabirabad, Saatlı və İmişli rayonlarından olan iddiaçılar onlara dəyən ziyanın obyektiv qiymətləndirilməsi və ödənilməsini tələb edirlər.

Bu barədə daşqınlardan zərərçəkənlərin hüquqlarını müdafiə edən «Kür» Vətəndaş Cəmiyyəti Qərargahı məlumat yayıb.

İddiaçılar Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətini də məhkəməyə veriblər. Onların fikrincə, adıçəkilən qurum dövlət büdcəsindən ayrılan pulları aidiyyəti üzrə səmərəli və şəffaf xərcləməyib.

Bundan əvvəl də daşqınlardan zərər çəkən bir qrup sakin hökumətə qarşı iddia qaldırıb. Hazırda məhkəmə çəkişməsi davam edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG