Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:02

Çingiz Aytmatovun və Manasın heykəlləri üçün pul yığılır


Çingiz Aytmatov

Çingiz Aytmatov

Feyziyyə Hacıyeva


Qırğızıstanda dövlət müstəqilliyinin 20-ci ildönümü ilə bağlı tədbirlər çərçivəsində paytaxt Bişkəkin mərkəzi Ala Too meydanında iki abidə ucaldılacaq.

Bunlardan biri görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun, digəri isə məşhur ümumtürk və qırğız xalq dastanı qəhrəmanı Manasın heykəlləri olacaq.

Amma kasıb ölkə olan Qırğızıstanın dövlət büdcəsində bunun üçün pul tapılmadığından hökumət kömək üçün xalqa müraciət edib. Ən əsas da biznesmenlərə.

Prezidentin mədəniyyət məsələləri üzrə müşaviri Sultan Rayev həm Ç.Aytmatov, həm də Manasın Qırğızıstanda milli müdriklik rəmzi sayıldıqlarını, heykəllərin “Qırğızıstanda dövlətçiliyin inkişafında mühüm rol oynayacağını” deyib.

O “özünə hörmət edən hər bir qırğızın bu vətənpərvər aksiyaya qoşulmalı olduğunu” bildirib.

Heykəllərin hazırlanması üçün 28 milyon som (təxminən 600 min dollar) lazımdır.

Bunun 1 milyonunu baş nazir Almazbek Atambekov öz cibindən verib.

120 nəfərlik parlamentdən yalnız müxalifət lideri, sosialist Omurbek Tekebayev (30 min som) və onun partiyadaşı Ravşanbek Sabirov (25 min som) hökumətin çağırışına səs veriblər.

Heykəl fonduna 6 özəl şirkət və Qırğızıstan Milli Elmlər Akademiyasının Ç.Aytmatov adına Dil və Ədəbiyyat İnstitutunun kollekstivi də pul köçürüb.

Çingiz Aytmatov 2008-ci ildə 80 yaşında dünyasını dəyişib.

Günün bütün mövzuları

XS
SM
MD
LG