Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:36

Bakı aeroportunda yeni terminal tikəcək şirkətin adı məlum oldu


Heydər Əliyev adına beynəlxalq hava limanında yeni terminalın tikintisi üzrə tenderi Türkiyənin «Zbs Alfaçelik» inşaat şirkəti qazanıb.

Bu barədə Türkiyənin «Yeni Şafaq» qəzeti məlumat yayıb.

Şirkətin baş direktoru Rıdvan Murata istinadən yayılam məlumatda deyilir ki, layihə ümumilikdə 4 milyon avro dəyərində qiymətləndirilir.

Ərazisi 18 min kvadrat metr olan yeni terminal 2013-cü ildə istifadəyə veriləcək.

Şirkət bundan əvvəl Heydər Əliyev adına Beynəlxalq hava limanının tikintisində də iştirak edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG