Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:31

Yanacaqdoldurma məntəqəsindəki partlayışda xəsarət alanlardan 6-sı evə buraxılıb


Hacıqabuldakı yanacaqdoldurma məntəqəsindəki partlayışda xəsarət alanlardan 4-ü hazırda Bakı şəhər Yanıq Mərkəzindədir. Onlardan 2 nəfəri reanimasiya, 2-si isə ümumi şöbədə müalicə alır.

Hadisə zamanı Şirvan xəstəxanasına çatdırılan bir zərərçəkənin vəziyyəti ağır olduğundan o, da Bakıya çatdırılıb.

Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, hadisə yerindən Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılan 4, Gəncə şəhərinə aparılan 2 zərərçəkən artıq evə buraxılıb.

Avqustun 9-da Hacıqabulda «Azpetrol» şirkətinə məxsus yanacaqdoldurma məntəqəsi yaxınlığında maye qaz daşıyan yük avtomobilində baş vermiş partlayış zamanı 3 nəfər ölüb, 21 nəfər xəsarət alıb. 2 nəfər hadisə yerində, bir nəfər isə Bakıda xəstəxanada vəfat edib.
XS
SM
MD
LG