Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:41

Jurnalist Ceyhun Nağı vəfat edib


Jurnalist Ceyhun Nağı və qızı Zəhra
Jurnalist Ceyhun Nağı və qızı Zəhra
Avqustun 10-da «Həftə içi» qəzetinin redaktoru Ceyhun Nağı vəfat edib. Mərhum doğulduğu Tovuz rayonunun Düz Cırdaxan kəndində dəfn olunacaq. Ondan vaxtsız getdiyi bu həyatda Zəhra adlı bir qızı və vaxtı ilə ışlədiyi «Gündəlik Azərbaycan», «Alma», «Yeni Müsavat», «Bizim yol», «Həftə içi» qəzetlərində sosial-iqtisadi mövzularda dərc etdiyi neçə-neçə yazıları qalacaq.

39 yaşlı jurnalistin ölümünə səbəb kimi ürək ağrıları göstərilir. Ceyhun Nağının evi yox idi. Qaynatasının evində yaşamalı olurdu. Qələm dostlarının sözlərinə görə, Ceyhun Nağı evsiz olmasına baxmayaraq işlədiyi kollektivlərdə əliaçıqlığı ilə seçilib. Yeyib-içməkdən də zövq alıb. Ölümündən bir qədər əvvəl isə doğmalarının deməsinə görə ürəyindən şikayətlər etməyə başlamışdı.

İkinci Dünya müharibəsində Belarus partizanlarının həyatından bəhs edən «Geriyə yol yoxdur» kinofilmində döyüşçülərdən birinin ibarətamiz bir deyimi olur. Həmin döyüşçü vaxtı ilə faşistlərin əsirliyində olmuş komandirləri-mayor Tabarkovun ürək tutmasından qəfil ölümü qarşısında heyrətlənir: «Müharibədə də ürək ağrılarından ölmək olarmı?» deyə təəccübünü gizlətmir.

Ceyhun Nağının ölüm səbəbini öyrənən qələm yoldaşları da təcüblərini gizlətmirlər: «39 yaşınada da ürək ağrılarından ölmək olarmı?»

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG