Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:41

Amerikanın Mərkəzi Bankı - Federal Rezerv Sistemin səbirsizliklə gözlənilən qərarından sonra birjalarda səhmlərin qiyməti kəskin qalxdı.

Nyu York birjasında 500 ən iri şirkətin səhmlərinin orta qiyməti olan S&P 500 5 faiz qalxdı.
Texnoloji şirkətlərin səhmlərinin indeksi olan NASDAQ 5,3 faiz artdı.
Dow Jones indeksi gün ərzində 2 faiz düşürdü, bir saatın içində 4 faiz yüksəldi.
Bu gün Sydney birjasında Avstraliya şirkətlərinin səhmləri 5,5 faiz artıb.

İki həftədir ki, birjalarda səhmlərin qiymətlərinin kəskin enişini saxlayan qərarında Amerikanın Mərkəzi Bankı söz verir ki, bank faizini azı iki il indiki demək olar ki, sıfır səviyyəsində saxlayacaq.

Bu nə deməkdir?
Bu o deməkdir ki, ABŞ-da pul ucuz olaraq qalacaq. Şirkətlər krediti cüzi faizlə ala biləcəklərlər ki, bizneslərini inkişaf etdirsinlər. Buna görə də onların səhmləri bahalanır.

Ancaq Mərkəzi Bankın bu qərarı dollara necə təsir göstərəcək?



DOLLAR DAHA DA DÜŞƏ BİLƏR

Royal Bank of Scotlandın baş təhlilçisi Junko Nishioka deyir: “Mən düşünürəm ki, Fed-in (Federal Reserv Sistemin) qərarı dollar-yen münasibətinə təsir göstərəcək. Bu o deməkdir ki, dollar yenə nisbətən düşəcək.”

Nishiokanın fikrincə, Mərkəzi Bankın qərarı təkcə yenin yox, digər əsas valyutaların da, o cümlədən avronun da dollara nisbətən məzənnəsini qaldıracaq.

Nishiokanın fikrincə, bu nəinki dollara ziyandır, eləcə də indi valyutaları dollara nisbətən qalxan ölkələrin iqtisadiyyatlarına da ziyan olacaq. Çünki onların ixracları bahalanır.
“Bu o deməkdir ki, Yaponiya iqtisadiyyatı çox ciddi çətinliklə üzləşəcək”.

Sydneydə İG Markets şirkətinin təhlilçisi Ben Potter hesab edir ki, bazarlarda indiki canlanma çox müsbətdir. Ancaq sual ondadır ki, bu qalxma nə qədər çəkəcək: bu, indiki enişdə zəruri olan müvəqqəti dirçəlmədir yoxsa doğrudan da yaxın aylarda bazarlar artıq ən aşağı qiyməti gördülər?

CANLANMA MÜVƏQQƏTİDİR?

Nishioka hesab edir ki, bazarların müsbət reaksiyası müvəqqətidir. Çünki səhmlər ona görə düşürdü ki, bazarlar qlobal iqtisadiyyatda tənəzzül riskindən qorxurdular.

Bu qorxuların heç biri aradan qalxmayıb. Avropa ölkələrində borc problemi qalır. ABŞ iqtisadiyyatında tənəzzül başlana bilər.

Təhlilçinin fikrincə, son iki-üç ildə iqtisadiyyatlar müvafiq monetar siyasətlə, yəni iqtisadiyyata hökumətlərin pulla dəstək verməyi ilə ayaqda qala biliblər, inkişaf real iqtisadi bazaya söykənmir.
Ona görə, dünya ölkələrinin iqtisadiyyatları tənəzzülə gedə bilər.

Tənəzzülün başqa əlamətləri də var. Keçən həftənin əvvəlindən bəri ABŞ-da neftin qiyməti 15 faiz düşüb. Bu da tələbatın azalması ilə bağlıdır.
Neft ixrac edən ölkələr təşkilatı OPEK indi yaydığı aylıq hesabatında dünya iqtisadiyyatında artım sürətinin azalmasını proqnozlaşdırır və buna görə neftə tələbatın azalacağını bildirir. Hesabatda deyilir: “İqtisadiyyat üzərində qara buludlar bazarların istiqamətini müəyyən edir”.

Ancaq OPEK hələ qəti fikir söyləmək istəmir. Təşkilatın fikrincə, vəziyyətə düzgün qiyməti yaxın aylarda vermək mümkün olacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG