Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:56

2 aprelçilərin məhkəməsi: Şahid ifadələri üst-üstə düşmür


Sahib Kərimov
Avqustun 10-da Səbail rayon Məhkəməsində 2 aprel aksiyasına görə həbs olunan 6 nəfərin məhkəməsi davam edib.

Prosesdə şahid ifadələri dinlənilib.

Vəkillərin sorğu-sualı zamanı şahidlərin demək olar ki, heç birinin istintaqa verdiyi ifadə ilə məhkəmədəki ifadəsi üst-üstə düşməyib.

Şahidlərdən Azad Ağayev bildirib ki, o, aprelin 2-də mitinq zamanı adamların «İstefa!», «Azadlıq!» qışqırdıqlarını görüb. Ancaq ilkin istintaqa ifadəsində şahid Sahib Kərimovun avtobusu aşıranları idarə etdiyini deyibmiş. A.Ağayev şahid ifadəsində yazılanların heç birindən xəbəri olmadığını, S. Kərimovu və avtobusu aşıranları görmədiyini deyib.

Vəkillərin sorğu-sualından sonra məlum olub ki, həmin şahid narkotik maddədən istifadə etdiyi üçün 1993-cü ildə həbsdə yatıb.

Hazırda proses davam edir.

Sahib Kərimov, Arif Alışlı, Elnur İsrafilov, Babək Həsənov, Zülfüqar EyvazovElşən Həsənov Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə təqsirləndirilirlər.

İttiham aktına əsasən, bu 6 nəfər asayişi pozub, polisin tələbinə məhəl qoymayıb, 25 mülki şəxsə və polisə xəsarət yetirib. Eyni zamanda, hərəkətdə olan avtobusu dayandırıb üç nəfəri qaçırdıblar, həmin avtobusa 1325 manat ziyan vurublar.

2 aprel aksiyasına görə ümumilikdə 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
XS
SM
MD
LG