Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:34

Avropa Yayım Birliyinin nümayəndələri Bakıdadırlar


Avropa Yayım Birliyinin nümayəndələri «Eurovision» mahnı müsabiqəsinin təşkili məsələlərini müzakirə etmək üçün Azərbaycanda səfərdədirlər.

Bu barədə AzadlıqRadiosuna İTV-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tahir Məmmədov məlumat verib.

Səfərin məqsədi müsabiqə ilə bağlı aparılan işlərlə tanış olmaq, müsabiqənin bütün texniki və yaradıcı məsələlərini müzakirə etməkdir. Nümayəndə heyətinin hazırda görüşləri davam edir.

T. Məmmədov bildirib ki, İTV görüşlərlə bağlı ətraflı məlumat yayacaq.

Avqustun 9-dan başlanan səfər avqustun 11-dək davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG