Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:36

Moskva ABŞ məmurlarına viza qadağası qoyur


Moskva bir neçə ABŞ məmurunun Rusiyaya gəlməsinə qadağa qoyub. Rəsmi Kreml bu addımı həbsxanada ölən Sergey Maqnitskiyə görə ABŞ-ın bir neçə Rusiyalı məmurun ölkəyə səfərinə viza qadağası qoyduğuna görə atıb.

Xəbəri "Kommersant" qəzeti Xarici İşlər Nazirliyi rəsmilərinə istinadən yazıb. Maqnitsky 2008-ci ildə hüquq-mühafizə orqanları rəhbərlərinin yüksək vəzifəli rəhbərlərini vergi fırıldağında günahlandırdıqdan sonra həbs olunub və tibbi xidmət çatışmazlığından həbsxanada ölüb.

Moskva hesab edir ki, ABŞ-ın viza qadağası qoymaqla Rusiya vətəndaşlarının hüquqlarını pozur.

Bu qadağanın iki ölkə arasındakı münasibətlərə xələl gətirəcəyi güman edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG