Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 13:39

Britaniyada iğtişaşlar zamanı 3 adam ölüb


Britaniyada gecə saatlarında baş verən iğtişaşların məkanı genişlənir, amma Londonda sakitlikdir.

1980-ci ildən bəri Britaniyada ən kəskin iğtişaş baş verib. İgtişaşlar ötən şənbə günündən başlayıb.

Polisin məlumatına görə, Birminghamda iğtişaş zamanı bir maşın üç adamı vurub. Onlar asiyalı olublar.

Polis həmin şəxsi həbs edib və cinayət işi açıb.

Londonda iğtişaşların qarşısını almaq üçün 1600 cəlb olunub. Təkcə Londonda 800-ə yaxın adam həbs edilib.

Paytaxtda Tottenham rayonunda polisin açdığı atəş nəticəsində bir nəfərin ölümündən sonra iğtişaşlar başlayıb.

Rəsmilər iğtişaşlarda cinəytkar və xuliqanları günahlandırır.

Hadisələrə görə baş nazir David Cameron bu gün parlamentin iclasını çağırıb.
XS
SM
MD
LG