Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:15

Şimalı Koreyadan Cənubi Koreya sularına top mərmisi atılıb


Şimali Koreya Cənubi Koreya adaları istiqamətinə artilleriya atəşi açıb. Cənubi Koreyanın Müdafiə Nazirliyinin rəsmisi bildirib ki, top mərmisi Yeonpyeong adaları yaxınlığında suya düşüb.

Cənubi Koreya hərbi donanması cavab atəşi açıb.

Bu il iki ölkə arasında dəniz sərhədləri döyüş meydanına çevrilmişdi.

Ötən noyabrda Şimali Koreyanın atdığı mərmi nəticəsində aralarında iki mülki şəxs də olan 4 nəfər ölmüşdü.

Cənubi Koreya mətbuatı rəsmilərə istinadən məlumat verir ki, onların gümanına görə, Şimali Koreya donanması hərbi məşq keçirmiş.

Günün bütün mövzuları

XS
SM
MD
LG