Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:44

Britaniyada iğtişaşlar mərkəzi Londondan Mançesterə keçir


London, 8 avqust 2011

London, 8 avqust 2011

İngiltərədə dördüncü axşam da iğtişaşlar baş verib.

Böyük Britaniyanın üçüncü böyük şəhəri Mançesterdə avqustun 9-da gənclərlə polis arasında toqquşma olub. Gənclər binalara od vurub, mağazaları qarət ediblər.

Britaniyanın başqa şəhərlərində də həyəcanlı anlar yaşanıb.

«Associated Press» xəbər verir ki, Britaniyada ötən şənbədən başlayan iğtişaşlar zamanı 1100-dən çox adam həbs olunub.

Londonda isə ötən gecə sakitçilik olub.

İğtişaşlar nəticəsində Londonda bu axşam nəzərdə tutulan İngiltərə-Hollandiya arasında futbol oyunu təxirə salınıb.

Britaniyanın Baş naziri Devid Kemeron (Devid Cameron) deyib ki, bu gün parlamentin iclasını çağıracaq.

Siyasətçilər küçə iğtişaşlarında xuliqanları və cinayətkarları günahlandırırlar.

Polis bu gecə iğtişaşlara qarşı əməliyyat planlaşdırır, o, hətta rezin və plastik güllələrdən istifadə edə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG