Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:25

Əhməd Davudoğlu ümid edir ki, Suriyada islahatlar aparılacaq


Braziliyanın, Hindistanın və Cənubi Afrikanın səfirlərinin bu gün Dəməşqdə Suriya rəsmiləri ilə görüşü gözlənir. Səfirlərin Suriya hakimiyyətinə xalq üsyanlarını zorakı yolla yatızdırmasını dayandırmaq üçün təzyiq göstərəcəyi deyilir.

Üç səfirdən əvvəl qonşu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Suriya prezidenti Bəşər əl-Əsədlə görüşüb. Türkiyə tələb edir ki, Suriya vətəndaşlara qarşı hərbi hücumları dayandırsın.

Suriyanın dövlət agentliyi məlumat verir ki, Bəşər Əsəd "terrorçu qruplara" qarşı təqiblərini davam etdirəcəklərini söyləyib. Bəşər Əsəd ölkədə baş verən narazılıqda terrorçu qrupların əli olmasını iddia edir.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Suriyaya rəsmi səfərindən sonra mətbuat konfransı keçirib. CNN Türkün xəbərinə görə, Davudoğlu jurnalistlərin suallarını cavablandıraraq bildirib ki, Türkiyə Suriyadakı vəziyyəti diqqətlə izləyir və bu ölkədə yaxın zamanda siyasi islahatların aparılmasına ümid bəsləyir. O, Bəşər əl-Əsədlə arasındakı söhbəti açıqlamaq istəməyib, yalnız onu bildirib ki, ölkədə islahatlar aparılacaq və bunun nəticəsində qan axıdılması dayandırılacaq.

Hindistanın BMT-dəki səfiri Hardeep Singh Puri deyib ki, səfirlər Suriya hakimiyyətini demokratik islahatlara çağırmaq niyyətindədir.

Hüquq müdafiə təşkilatları hesab eləyirlər ki, Suriyada bu ilin mart ayında iğtişaşlar başlayandan bəri 1700 adam öldürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG