Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:53

Londonda iğtişaşlara görə futbol oyunu təxirə salınıb


İngiltərədə dördüncü axşam da iğtişaşlar baş verib.

Britaniyanın üçüncü böyük şəhəri Manchesterdə avqustun 9-da gənclərlə polis arasında toqquşma olub. Gənclər binalara od vurub, mağazaları qarət ediblər.

Manchester polisi məlumat verir ki, soyğunçuluq və binalara, maşınlara od vurma görünməmiş miqyasda baş verib.

Britaniyanın başqa şəhərlərində də həyəcanlı anlar yaşanıb.

"Associated Press" xəbər verir ki, Britaniyada ötən şənbədən başlayan iğtişaşlar zamanı 1100-dən çox adam həbs olunub.

Londonda isə çərşənbə axşamı gecəsi sakitçilik olub.

İğtişaşlar nəticəsində Londonda bu axşam nəzərdə tutulan İngiltərə-Niderland arasında futbol oyunu təxirə salınıb.

Britaniyanın baş naziri Devid Cameron deyib ki, bu gün parlamentin iclasını çağıracaq.

Siyasətçilər küçə iğtişaşlarında xuliqanları və cinayətkarları günahlandırırlar.

Polis bu gecə iğtişaşlara qarşı geniş əməliyyat planlaşdırır və hətta rezin və plastik güllələrdən istifadə edə bilər.
XS
SM
MD
LG