Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:34

Azərbaycanın 16 yaşlı qızlardan ibarət futbol yığması UEFA-nın qonağıdır


Azərbaycanın 16 yaşlı qızlardan ibarət futbol yığması UEFA-nın Nyondakı qərargahında bir həftə qonaq olacaq.

UEFA-nın baş katibi Gianni İnfantino deyib ki, “UEFA Azərbaycanın qadın futboluna dəstəyini şahidi olur və bu oyunun Azərbaycanda bütün səviyyələrdə inkişafına yardım göstərmək istəyir”.

Azərbaycan gələn il 17 yaşı qızlar arasında dünya kubokunun keçirilməsinə ev sahibliyi edəcək.

Hazırda Avropada 1 milyon 800 min qadın futbolçu var.

UEFA onun üzvü olan 53 ölkənin hər birinə 2012-2016-cı illər arası qadın futbolunu inkişaf etdirmək üçün hər il 100 min avro vermək qərarına gəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG