Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:48

London iğtişaşlarında ilk ölüm qeydə alındı


London polisi bildirib ki, iğtişaşlar dövründə öz maşınında güllə ilə vurulan şəxs bu gün ölüb.
Bu, 3 günlük iğtişaşlarda ilk ölüm hadisəsidir.

29 yaşı olan həmin adam Londonun cənub rayonu Croydonda dünən yaralı vəziyyətdə tapılmışdı.

Britaniyanın baş naziri Cameron deyib ki, bu gün parlamentin iclasını çağıracaq.

Siyasətçilər küçə iğtişaşlarında xuliqanları və cinayətkarları günahlandırırlar.

Polis bu gecə iştişaşlara qarşı geniş əməliyyat planlaşdırır və hətta rezin və plastik güllələrdən istifadə edə bilər.
XS
SM
MD
LG