Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:21

Azpetrol: "Yanacaqdoldurma məntəqəsinə çırpılan, yanacaq daşıyan maşın Azpetrola məxsus olmayıb"



“Azpetrol”un mətbuat xidmətinin rəhbəri Camal Zeynalov Lent.az-a bildirib ki, partlayışa səbəb olan yanacaq daşıyan maşın adı çəkilən şirkətə məxsus olmayıb:

“Partlayışa səbəb olan yanacaq daşıyan maşın Bakı istiqamətinə hərəkət edirmiş. Bu zaman onun qarşısına başqa bir avtomobil çıxıb və yanacaq daşıyan avtomobilin sürücüsü qəzadan yayınmaq üçün maşını yanacaqdoldurma məntəqəsinə tərəf döndərib. Ancaq sürücü idarəetməni itirdiyindən avtomobil məntəqəyə çırpılıb və nəticədə partlayış baş verib. Məntəqəmizə və müştərilərimizə xeyli ziyan dəyib. Hazırda həmin yanacaq daşıyan maşının hansı şirkətə aid olması və ziyanın miqdarı araşdırılır”.

Hadisə bu gün saat 15 radələrində baş verib. İlkin məlumatlara görə, 30 nəfərə yaxın yaralı var.

Günün bütün mövzuları

XS
SM
MD
LG