Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:56

İ.Əliyev: "Qarabağ danışıqları tərəflərin mövqelərini yaxınlaşdırıb"


Russia -- President Dmitry Medvedev (R) and his Azerbaijani counterpart Ilham Aliyev meet for talks at Bocharov Ruchei residence in Sochi, 09Aug2011

Russia -- President Dmitry Medvedev (R) and his Azerbaijani counterpart Ilham Aliyev meet for talks at Bocharov Ruchei residence in Sochi, 09Aug2011

Soçiyə Rusiya prezidenti Dmitri Medvedevlə danışıqlara gələn Azərbaycan prezidenti İlham Əliyev Dağlıq Qarabağ probleminin həllində Medvedevin göstərdiyi səyləri yüksək qiymətləndirdiyini deyib və ona təşəkkür edib.

Rusiyanın səyləri ilə keçirilən Dağlıq Qarabağ danışıqları barədə Əliyev deyib ki, “indiyə kimi keçirilən danışıqlar tərəflərin mövqelərini yaxınlaşdırıb.”

Medvedev cavabında deyib ki, bu günki danışıqların ən əsas mövzularından biri Dağlıq Qarabağ problemidir.

O deyib: “Mən istərdim ki, çox açıq söhbət edək- bundan sonra nə etməliyik və hadisələr necə inkişaf edəcək”.

Medvedevin sözlərinə görə digər vacib məsələ iqtisadiyyatdır.

Sonda İlham Əliyev bildirib ki, ikitərəfli münasibətlərə gəldikdə “gündəliyə baxsaq, yalnız pozitiv və yaxşı inkişaf görmək olar”.

Azərbaycanla Rusiyanın ticarət əlaqələri də müzakirə mövzusu olacaq.
Bu ilin yanvar-may aylarında ikitərəfli ticarət keçən ilin eyni dövrü ilə müqayisədə 86 faiz artıb və 1 milyard 120 milyon dollar olub.

(RİTA-SİTA, İnterfaks)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG