Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:31

Böyük Britaniyada iğtişaşlar davam edir


Böyük Britaniyanın bir neçə şəhəri, o cümlədən paytaxt Londonda iğtişaşlar, yanğınlar və qarət halları davam edir.

Bir neçə gündür Londonda davam edən vandalizm Birminqem, Liverpul və Bristola yayılıb.

Son 3 gündə təkcə paytaxtda polislə gənclər arasında toqquşmalar zamanı 200-dən çox adam həbs olunub.

Böyük Britaniyanın baş naziri məzuniyyətini dayandırıb, Londona qayıtmalı olub. Bu gün hüquq-mühafizə orqanları rəhbərliyinin fövqəladə iclası keçiriləcək, iğtişaşın qarşısının alınması müzakirə olunacaq.

Avqustun 4-də Totenhem sakininin polis tərəfindən güllələnməsi əvvəl aksiyaya daha sonra zorakılığın yayılmasına səbəb olub.

Bu arada polis Londondakı futbol klublarını oyunların vaxtını dəyişməyi tapşırıb, oyunlar zamanı yarana biləcək iğtişaşların qarşısını almaq üçün təhlükəsizlik qüvvələrinin sayının az olduğunu əsas gətirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG