Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:32

«Eurovision»la bağlı «B» variantı müzakirə olunacaq


Avropa Yayım Şurasının rəsmisi Sietse Bakker avqustun 9-da Bakıya gələcək. Səfər zamanı «Eurovision»un keçiriləcəyi məkanla bağlı müzakirə aparılacağı bildirilir.

Səfər öncəsi xarici mətbuata müsahibəsində Sietse Bakker bildirib ki, Azərbaycanda «Eurovision»in keçirilməsi üçün nəzərdə tutulan yer hələ tikilir, ona görə də, ölkə alternativ yer təqdim etməlidir, yəni onun ehtiyat üçün «B» variantı da olmalıdır. Həmçinin Bakıda keçirilən müzakirələrdən sonra müsabiqənin keçiriləcəyi yerin açıqlanacağını da deyib.

Azərbaycan gələn ilin mayında «Eurovision» mahnı müsabiqəsinə ev sahibliyi edəcək. Bir neçə ay əvvəl Azərbaycan 56-cı «Eurovision» mahnı müsabiqəsində 25 ölkə arasında birinci olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG