Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:02

Səudiyyə Ərəbistanı zorakılığa etiraz olaraq Suriyadakı səfirini geri çağırıb


Səuydiyyə Ərəbistanı Suriyadakı hakim rejim tərəfindən etirazçıalra divan tutulmasına etiraz əlaməti olaraq Dəməşqdəki səfirini geri çağırıb.

Kral Abdullah yayılan bəyanatında bildirib ki, bu zorakılıq qəbuledilməzdir. Bu bəyanatdan bir neçə saat əvvəl isə Ərəb ölkələri Liqası ilk dəfə olaraq Suriyadakı repressiyaları pisləmişdi.

ABŞ Dövlət Katibi Hillary Clinton Türkiyə Xarici İşlər naziri Ahmet Davutoglunu Suriyaya bugünkü səfəri zamanı zorakılığı dayandırmaq üçün təqyizləri artırmağa çağırıb.

Bashar Assad isə mart ayında bəri etiraz edənləri və ramazan ayının başlamasıyla küçələrə çıxan etirazçıları silahlı quldurlar adlandırıb, onlara qarşı ən sərt şəkildə mübarizə aparılacağını deyib. Təkcə ötən həftə hökumət qoşunlarının tanklar və hərb texnika ilə şəhərlərə hücumu nəticəsində 300-ə qədər dinc sakin öldürülüb.
XS
SM
MD
LG