Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:55

VHP seçki komissiyalarında iştirakdan imtina edir


Vətəndaş Həmrəyliyi Partiyası (VHP) dairə və məntəqə seçki komissiyalarının təşkilində iştirakdan imtina etməyə hazırlaşır.

Bu barədə AzadlıqRadiosuna partiyanın təşkilat şöbəsinin müdiri Samir Əsədli məlumat verib.

O, bunu Seçki Məcəlləsinin tələblərinin kobud surətdə pozulması və Dairə Seçki Komissiyalarında baş verən özbaşınalıqlarla izah edib:

«Artıq bir aya yaxındır ki, Seçki Məcəlləsinə uyğun olaraq Dairə Seçki Komissiyalarının təşkili prosesi gedir. Ancaq parlament azlığına məxsus yerlərin qanunsuz olaraq hakim partiya tərəfindən mənimsənilməsi o həddə çatıb ki, DSK-larda iştirak mənasını itirib. Baş verənlərə isə müxalifətin müdaxilə etmək imkanı yoxdur».

S.Əsədli iddia edir ki, DSK-nın müxalifətdən olan katibləri Prezident Aparatı və yerli icra hakimiyyətinin sifarişi ilə seçilirlər.

S.Əsədli deyir ki, eyni mənzərə məntəqə seçki komissiyalarında da müşahidə olunur.

MSK-dan isə hələ şikayətlə tanış olmadıqlarını bildirib şərh vermədilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG