Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:25
Azərbaycan hökuməti Avropa Məhkəməsinin jurnalist Eynulla Fətullayev barədə qərarını tam icra edib.

Eynulla Fətullayev deyir ki, avqustun 8-də Avropa Məhkəməsinin qərarı ilə ona çatası kompensasiyanı alıb:

«Bu, ilk xoş xəbərdir. Bilirsiz ki, Avropa Şurası Nazirlər Komitəsi sentyabrda mənim məsələmi yenidən gündəliyə gətirəcəkdi. Sentyabrda artıq 5-ci qərar qəbul olunacaqdır. Bir neçə gün bundan öncə vəkillərim Elçin Sadıqov, Rəşid Hacılı, İntiqam Əliyev və bir qrup vəkil Çingiz Əsgərova məktub yazdılar ki, kompensasiya ödənməsə, biz bu məsələni hüquqi müstəvidə bir daha qaldıracağıq. Avropa Şurasına təşəkkürümü bildirmək istəyirəm. Hesab edirəm ki, bu, bizim gələcək fəaliyyətimizə töhfə verəcək».

2007-ci ildə Eynulla Fətullayev terrorla hədələmə, irqi ayrı-seçkilik salma və vergidən yayınma ittihamları ilə üst-üstə 8 il yarım həbs cəzası almışdı. 2009-cu ilin dekabrında o, narkotik saxlama ittihamı ilə daha 2 il yarım müddətinə azadlıqdan məhrum edilmişdi.

Ötən ilin aprelində Avropa İnsan Haqları Məhkəməsi Eynulla Fətullayevin həbsini əsassız sayıb, Azərbaycan hakimiyyətindən jurnalisti dərhal buraxmasını və ona 25.000 avro kompensasiya ödəməyi tələb etmişdi.

Eynulla Fətullayev bu il mayın 26-da prezidentin əfv fərmanı ilə azad olunsa da, kompensasiyanı hələ almamışdı.

Şərhləri göstər

XS
SM
MD
LG