Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:02

Türk səfiri: "Ümid edirik ki, ermənilər Ərdoğanın təklifini qəbul edəcəklər"


Cihad Erginay
Cihad Erginay
“1915-ci ildə baş verənlər – ermənilərin soyqırımı yox, 1-ci Dünya Müharibəsi zamanı baş vermiş faciəvi hadisələrdir.

Bu məsələ tarixçilərə həvalə edilməli və məhz onlar həmin dövrdə baş verənləri analiz etməlidirlər”.

Bu fikirləri Azadlıq Radiosuna verdiyi müsahibədə Türkiyənin Çexiyadakı səfiri Cihad Erginay deyib.

Onun sözlərinə görə, Türkiyə və Ermənistanın 1915-ci ildə baş verən hadisələrlə bağlı fikirləri haçalanır.

- Həmin dövrdə baş verənlər hər iki tərəfdən olan tarixçilərin iştirakı ilə açıq və şəffaf şəkildə müzakirə edilməlidir.

Türkiyənin baş naziri Ərdoğan belə bir komissiyanın yaradılmasını təklif edib, təəsssüf ki qarşı tərəf bu təkliflə razılaşmayıb.

Amma biz ümid edirik ki, günlərin bir günü ermənilər həmin təklifi qəbul edəcəklər və arzuladığımız kimi iki ölkə arasında əlaqələrin yaxşılaşması üçün qapılar açılmış olacaq.

TÜRKİYƏNİN İRANLA ORTAQ DƏYƏRLƏRİ VARMI?

- Baş nazir Ərdoğan İran prezidenti Mahmud Əhmədinejadı “Türkiyənin
yaxın dostu” adlandırıb.

Bu, Qərbdə bir çox insanları təəccübləndirib və onlarda narahatlıq yaradıb. Bu dostluğun əsasında nə dayanır? Ortaq dəyərlər varmı?


- Türkiyə və İran qonşu dövlətlərdir. Onların birgə tarixi var. Bu tarix bəzi dövrlərdə münaqişlər, bəzi dövrlərdə isə dostluqla yadda qalıb.

İki ölkə arasında sərhədlər dünyada ən qədimlərdəndir.

Həmin sərhədlər axır 650 ildə dəyişməyib. Bizim əlaqələrimiz daha yaxşı olardı. Əgər İrana qarşı beynəlxalq sanksiyalar öz təsirini göstərməsəydi.

Biz çalışırıq ki, BMT-nin İranla əlaqələrin müəyyən sahələrinə qoyduğu beynəlxalq sanksiyalara əməl etməklə yanaşı adi insanlar arasında əlaqələrin yüksək səviyyədə qalması üçün əlimizdən gələni edək.

İranda türk dilində danışan böyük icma var.

İran əhalisinin 25 faizi Azərbaycan türkcəsində danışır. Bizim üçün onlarla ünsiyyət də çox asandır.

Tarixən İran ədəbiyyatı, fars dilinin Türkiyə ədəbiyyatına böyük təsiri olub. Bütün bu
Əhmədinejad və Ərdoğan. Tehran 17 may 2011

əlaqələrdən hər iki ölkənin xeyri üçün istifadə etməyə çalışırıq.

"KEÇİD PROSESİ RAHAT OLDU"

- Türkiyədə ordu rəhbərliyinin istefasını necə şərh edərdiniz?

- Biz generalların qərarına hörmətlə yanaşırıq. Onlar təqaüdə getdilər, amma bunun ardınca baş verənlər Türkiyədə oturuşmuş bir sistemin olduğunu göstərdi.

Bəzilərinin gözlədiyi kimi generalların istefası siyasi böhrana səbəb olmadı. Keçid prosesi çox rahat oldu.

Bu onu göstərir ki, Türkiyədə demoratiya yütkinləşir. Ordu üzərində mülki nəzarət təkmilləşir. Qərb ölkələrində buna nail olmağa çalışılır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG