Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:29

İsrail Eurovision 2012 mahnı müsabiqəsində iştirak edəcək


İsrailin Ma'ariv qəzetinin yaydığı xəbərə görə, İsrailin Yayım Orqanı - İBA gələn ilin mayında Bakıda keçiriləcək Eurovision mahnı müsabiqəsində iştirak etmək qərarı verib.

Bundan əvvəl İsrailin Eurovision -2012 mahnı müsabiqəsində iştirak etməsi sual altında idi.

2012-ci ildə keçiriləcək Eurovision mahnı müsabiqəsi məşhur yəhudi bayramı Shavu'otla eyni günə təsadüf edəcək. Bundan başqa İranla açıq sərhədə malik, müsəlman ölkəsi olan Azərbaycana İsrailin rəsmi nümayəndə heyəti göndərməsi təhlükəsizlik baxımından mürəkkəb məsələdir.

İsrail Yayım Orqanındakı mənbə qəzetə bildirib ki, “bizim təhlükəsizliklə bağlı hər yerdə problemlərimiz var. Lakin biz müsabiqədə iştirak etmək istədiyimizə və dəvət olunduğuma görə bunu edəcəyik”.

Günün bütün mövzuları

XS
SM
MD
LG