Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:54

Ukraynalı ombudsman Timoşenkonun azad olunmasını xahiş edəcək


Ukraynanın insan hüquqları üzə müvəkkili Nina Karpaçeva keçmiş baş nazir Yuliya Timoşenkonun azad olunmasını xahiş edəcək.

Bunu ombudsmanın nümayəndəsi Anatoli Paliy bazar günü təcridxanada Timoşenkoya baş çəkdikdən sonra jurnalistlərə açıqlamasında deyib.

Timoşenko 2009-cu ildə Rusiyayla qaz müqaviləsim imzalanarkən səlahiyyətlərini aşmaqda ittiham olunur.

Məhkəmə bu günlərdə onun ölkəni tərk etməmək şərtiylə azadlıqda qalması barədə qərarı həbslə əvəz edib.

Qərara qarşı çıxan Timoşenkonun tərəfdarları Kiyevin mərkəzində etiraz aksiyası keçirirlər.

Müxalifət nümayəndələri bildiriblər ki, aksiya gecə dağıdıla bilər.
XS
SM
MD
LG