Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:22

Maliyyə rəsmiləri təcili məsləhətləşmələr aparırlar


Sənayecə inkişaf eləmiş böyük 7-lər ölkələrinin maliyyə nazirləri bazar ertəsi dünya birjalarında alver qabağı təcili telefon müzakirələri aparırlar.

Ötən həftə aparıcı dünya birjalarında aksiyalar qəflətən ucuzlaşmışdı və mütəxəssislər hesab edirlər ki, aksiyaların düşməsi davam edə bilər.

İlk növbədə səhmdarları avro zonasına daxil olan ölkələr və Birləşmiş Ştatlardakı borc problemi narahat edir.

Beynəlxalq reytinq agentliyi olan Standart & Poor bu ərəfədə Birləşmiş Ştatların kredit reytinqini uzun illərdə ilk dəfə olaraq 1 pillə aşağı salıb.

Həmçinin Avropa Mərkəzi Bankının direktorlar şurası təcili toplaşaraq İtaliya hökumətinin borc problemini müzakirə edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG