Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:55

Yorğun insanlar şəhərində



Yeganə CANSAİL


Hər dəfə qonum-qonşuya təriflənən qız kimi Bakını yeri gəldi-gəlmədi qonşu dövlətlərin vətəndaşlarına heyranlıqla təqdim etməyə çalışırıq:

“Bilirsən, Bakının gecələri necə möhtəşəm olur? Hələ o çilçıraq işıqları... Fontanları... ehh, sənə hələ adamlarından danışmıram....”.

Qırmızı duvağın altında gizlənən gəlin qədər maraqlıdır Bakı. Elə ki, duvağı açdın düşürsən məşhur filmdəki Məşədi İbadın vəziyyətinə.

Gözəl, füsunkar qız bildiyin Bakı cındırından cin hürkən eybəcər kişi tək qarşında zühur edir...

– Yaa, bu kadar tarif etdiyin Bakü bu mu?

– Evet, arkadaş.

- Nesi var Bakünün?

– Nasıl nesi var? Nesi yok ki?..

– Yaa,çok abartıyorsun ama...

Bakını gəzməyə gəlmiş Türk arkadaşımıza Xəzərin üfunət qoxuyan havasının, şəhərin mərkəzində limon satan qadınlarının, metroda bir-birinin belində gedən adamlarının, “köpeyoğlu, pulu verib düşə bilmirsən?” deyib sərnişinin arxasıyca xoruz səsi eşitməmiş sözlər yağdıran sürücülərinin, səni əcnəbi bilib daha çox pul qoparmağa çalışan satıcılarının Bakıya aid olduğunu inkar edə bilmirəm.

– Hadi gel, Kız kalesini göstərəcəm sənə.

XXI əsrdən XII əsrə düşüb arkadaşa tarixi anlatıram. Bir şah varmış. Bu kaleni kızı için inşa etdirir.

– Ya, bi dur...

Pilləkənlərin yarısında dayanıb dərindən nəfəs alaraq:

– Çok mu kaldı?

– Bir az...

– Sen hikayene devam et.

– Əfsanəyə görə kız kendini bu kaleden aşağıya atmış... ve o zamandan “Kız kalesi” tarihde kalmış.

Qalanın başından şəhərə tamaşa edərkən birdən dostumuz mənə yaxınlaşıb:

– Şehriniz aslında güzeldir olmasına da ama eski havalar yok...

– Nasıl yok? Şimdi tam XII esr abidesindeyiz.

– Öyle ama bu kalenin daşlarına çizilmiş o adlar ne? Bunlarıda mı o devrde şah kızı için yazdırmış?

Əvvəlcə hansı sözləri dediyini başa düşmədiyim üçün ətrafa nəzər salıram:

– Haa, şunları mı diyorsun? Bunlar indiki zamanın mucizeleridir. Yani, “Aydın + Fidan = sevgi” düsturu ile kendi aşk tarihlerini əbədiləşdirməyə çalışmışlar. Həmçinin də, “N+Z=Love”, “P+T=əbədi sevgi” falan...

Gülürük. Arkadaşımız İçəri Şəhəri görmək istədiyini bildirir. Axşama yaxındır. Sərin dar küçələrdə gəzişib söhbətləşir, daha çox da mübahisə edirik. Arabir dar küçələrdən gələn qab-qaşıq səsləri, qadın qiyyələri diqqətimizi söhbətdən ayırır.

– Sizin insanlar nasıl? Kitap okumayı, müzeye, tiyatroya gitmeyi, müzik dinlemeyi seviyorlar mı?

– Yaa, kıcık oluyorum aa. Bu nasıl sorular? Sen de bizi ne hesap ediyorsun ki? Baküdeki insanların 90 faizi kitap okuyor. Hatta o kadar çok ki, kitab mağazalarında istediyin kitabı tapmak çok zor. Haftada en az bi kere tiyatroya giderler, o kadar adam olur ki, hatta ayaküste bile tiyatronu izleyirler. (bütün xəyallarımı gerçəklik qədər ürəkdən anlatıram)

– Ohoo, yani bu kadar fazla?

– Evet, bu kadar fazla! Karşıdakı kitab mağazasına gitmek istermisin?

– Evet, iyi olur.

Yolda arkadaş ətrafa diqqətlə baxıb sanki hər şeyi öz beyin labaratoriyasında analiz edərək:

– Sizde insanların gözlerinde sanki bi keder ve yorgunluk var...

– Yoo, sana öyle gelmişdir. Bir az hava çok sıcak da ondan ola bilir...

– Hmm, sanırım öyledir...

Kitab mağazasına çatırıq. Mağazanın pəncərə şüşələrində gənc yazarların yeni çap olunmuş kitab reklamları dostumuzun diqqətini çəkir:

– Bu adamlar kim?

– Onlar bizim gənc yazar və şairlərimizin yeni çıxmış kitablarının resimleridir.
Arkadaş mavi posterə əlini uzadıb:

– Yegane Cansail? Anlamıyorum... bu sen diyilmisin?

– Evet, benim...

Hiss edirəm ki, arkadaş heyrətlənir və qınayıcı nəzərlərini mənə yönəldib:

– Yaa, allah aşkına, sen nasıl arkadaşsın ki, bi kitabın çıkıyor ve benim bundan haberim yok... hadi gidelim, birini imzala...

İçəri keçirik. Həmişəki kimi kitab mağazasında bayquş ulayır. Rəflərin arasında gəzirik.

– Aaa, Orhan Pamuk...

– Evet, bizde onu çok severler.

– Sende severmisin?

– Elbette, hem de çok.

– Buldum?

– Neyi?

– “Göy adamı”nı. Hadi gel buraya imzala bakalım.

Kitabı alıb ilk səhifəsinə yazıram. Sonra kitabı dostuma təqdim edib:

– Şimdi okuma ama. Ben söylediyim an bakarsın.

– Ok. Şimdiden merak etdim.

Arkadaşımızı həmin gün Bakının görməli və sevməli bütün yerlərini addımbaaddım gəzdirib tanış edirəm.

Qaranlıq düşəndə isə Dağüstü parka gedib yüksəklikdən mənzərəni seyr edirik. Həmin ərəfədə də danışmağa üstünlük verib Bakının gecələrinin necə füsünkar və gözəl olduğunu moizə edirəm ki, dostumuz:

– Ya bi sussana, yazık oldu seni sevecek kişiye... Bu manzara kendi konuşuyor, kardeşim. Tsss... – arkadaş sanki bayaqdan isti havada gəzdiyi bəzən də bəyənməyib deyindiyi yerləri tamam unudub Bakının gecələri qarşısında heyrətdən donub qalmışdı.

– Ya ben Baküyü çok sevdim!

– Evet, sana söylemiştim öyle olacağını...

Yalançı təbəssümlə gülümsəyib yorğun baxışlarla Bakıma baxıram... Üzərinə atılmış zərli duvağı gəlin kimi bəzənmiş Bakının üzərindən əlimi uzadaraq bir anlıq atmaq istəyirəm. Qorxuram...

Pərdənin altında gizlənən, məzlum, kədər qoxan, işdən evə qayıdan və yorğun baxışlı adamların boş gözləri qorxudur məni...

Kədər sovuran maşın kimi günboyu adamların kədərini üzərimə yüklədiyimi hiss edir və yorğunluq dolu baxışlarımı gizlətməyə çalışıb dostuma:

– Gedəkmi?

– Kitapa yazdığını okumak istiyorum, fazla bekleye bilmeyeceğim...

– Peki..

Kitabın ilk səhifəsini açaraq uca səslə oxuyur:

– Yorğun insanlar şəhərinə xoş gəlmisən. Yeganə.

525-ci qəzet

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG