Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:39

Əfqanıstanda 31 ABŞ və 7 Əfqanıstan əsgəri ölüb


NATO vertolyotunun Əfqanışstanın şərqində qəzaya düşməsi nəticəsində 31 ABŞ və 7 Əfqanıstan əsgəri ölüb.

Bu barədə Əfqanıstan prezidenti Hamid Karzai xəbər verir.

Şənbə günü Bardak əyalətində baş vermiş qəza Əfqanıstan müharibəsində ən faciəvi insidentlərdən biridir.

NATO komandanlığı vertolyotun qəzaya düşməsini təsdiqləsə də itkilərin sayı barədə məlumat vermir.

İnsidentə görə cavabdehliyi üzərinə götürən Taliban vertolyotun raketlə vurulduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG