Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:34

Əfqanıstanda NATO vertolyotu vurulub


NATO vertolyotu Əfqanıstanın şərqində qəzaya düşüb.

Hadisə şənbə gününə keçən gecə baş verib.

Hələlik itkilər barədə məlumat verilmir.

Əfqanıstan hökuməti ilə kolaisiya qüvvələrinin komandanlığı mlumatı təsdiqləyiblər.

Hücuma görə cavabdehliyi Taliban üzərinə götürüb.

Onlar vertolyotun raketlə vurulduğunu deyirlər.

Ölkənin cənubundakı Helmand əyalətində isə koalisiya qüvvələrinin keçirdiyi əməliyyat zamanı 8 dinc sakin ölüb.

Məlumatlara görə hərbçilər atəşə düşüb, köməyə gələn NATO təyyarəsi isə həmin yeri bombalayıb.

Əfqanıstan hökumətinin məlumatına görə, ölənlərin arasında qadın və uşaqlar da var.

NATO komandanlığı insidentlə bağlı araşdırma aparıldığını deyir.
XS
SM
MD
LG