Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:14

ABŞ-ın kredit reytinqi 1 pillə düşüb


Beynəlxalq reytinq agentliyi olan Standard & Poor’s Birləşmiş Ştatların kredit reytinqini 1 pillə aşağı salıb.

Bundan başqa gələcəkdə ABŞ-da büdcə kəsirinin daha da artacağı ehtimalına görə, bu sahədə vəziyyətin neqativ olacağı bildirilir.

ABŞ konqresmenləri uzun müzakirələrdən sonra bu həftə dövlət borcu limitinin artırılması və büdcə kəsirinin ixtisarıyla bağlı kompramis qərar əldə etsələr də agentliyin analitikləri bunu kifayyət saymırlar.

Çin isə bu arada bəyan edib ki, o ABŞ-ın ən böyük kreditçisi kimi Birləşmiş Ştatlardan büdcə kəsiriylə mübarizədə qəti tədbirlər görülməsini tələb edə bilər.

Sinxua agentliyinin yaydığı bəyanatda deyilir ki, qlobal iqtisadi faciədən qaçmaq üçün ABŞ dolları artıq dünyanın vahid ehtiyat valyutası olmamalıdır.
XS
SM
MD
LG