Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:07

Dünya Bankı Azərbaycan İpoteka Fonduna pul ayıra bilər


Dünya Bankı
Dünya Bankı
Dünya Bankı (DB) Azərbaycan İpoteka Fonduna (AİF) maliyyə vəsaiti ayıra bilər.

Bu barədə «APA»ya DB-nın Bakıdakı ofisindən məlumat verilib.

Ofisdən bildirilib ki, hazırda texniki təhlil aparılır:

«Dünya Bankı Azərbaycanda həyata keçirdiyi bütün layihələrin təhlilini keçirəcək ki, bu işlərə 6 aydan 12 ayadək vaxt tələb olunacaq. Məhz bundan sonra DB ilə AİF arasında hər hansı bir layihə reallaşa bilər».

Təhlildən sonra DB tərəfindən maliyyə vəsaitinin kredit və ya texniki yardım şəklində ayrılması məsələsi müəyyənləşəcək.

Azərbaycan 1992-ci ildən DB-nın üzvüdür. Hazırda Bankın ölkə üzrə portfeli 2.3 mlrd. ABŞ dolları təşkil edir ki, bura 20 layihə daxildir.
XS
SM
MD
LG