Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:43

Britaniyalılar yuxuya getmək üçün dalğa səsi dinləyirlər


Aleksey Tıranovun rəsimi: Yuxulayan oğlan
Yuxuya getmək üçün ənənəvi saymaq üsulunu boş verin. İndi milyonlarla britaniyalı yuxulamaq üçün müxtəlif təbiət səslərini və həzin musiqi dinləyir.

Araşdırma nəticəsində məlum olub ki, yerinə uzanandan etibarən yuxuya dalmaq üçün orta hesabla 37 dəqiqə lazımdır. Hər 5 nəfərdən 1-i təbiət səslərinə qulaq asaraq mürgüləyir.

Britaniyalıların 11%-i dalğa səsini ən sakitləşdirici səs hesab edir. 9%-i isə düşünür ki, həzin musiqi bu funksiyanı daha yaxşı yerinə yetirir. Üçüncü yerdə külək (respondentlərin 8%-i), dördüncü yerdə isə saat səsi (respondentlərin 8%-i) durur.

Araşdırma göstərib ki, britaniyalıların çoxu axşam saat 11-də yatmağa gedir və orta hesabla 6 saat 49 dəqiqə yatır.

Mürgüləməyin ən yaxşı yolu çarpayıda kitab oxumaqdır. Respondentlərin 45%-i belə edir.

Maraqlıdır, 10% düşünür ki, yatarkən partnyoru ilə söhbət etmək qısa müddətdə yuxuya getməkdə faydalı olur. Yalnız 10 nəfərdən 1-i hələ də yuxuya getmək üçün ənənəvi saymaq metodundan istifadə edir.

MÜRGÜLƏMƏYİN «ƏN QATI DÜŞMƏNİ» İSƏ BAŞQASININ XORULTUSUDUR. Rəyi soruşulanların 27%-i bu səsi ən narahatedici səs sayıb.

Yuxu üzrə mütəxəssis doktor Neyl Stenli (Neil Stanley) deyir ki, insanın xoşladığı səsləri dinləməsi onun beyninin narahatedici səsləri söndürməsinə kömək edir və nəticədə insan daha rahat yuxuya gedir. Gündəlik həyatımızda daim eşitmədiyimiz, lakin bizə tanış olan və ahəngi ilə seçilən təbiət səsləri bu baxımdan xüsusilə faydalı ola bilər.

Mütəxəssis deyir ki, hərçənd, nəqliyyat səsinin və hətta bəzən rok musiqisinin belə sakitləşdirici effekt verməsi qeyri-adi hal deyil. Məsələn, futbolçu Ueyn Runi (Wayne Rooney) etiraf edir ki, o, saçqurudanın və ya tozsoranın səsinə yatmağı çox xoşlayır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG