Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:17

Obama əmin edir ki, ABŞ böhranı geridə qoyacaq


Prezident Barack Obama əmin edib ki, ABŞ iqtisadiyyatı mövcud problemlərin öhdəsindən gələcək. Obama dünya birjalarında ABŞ iqtisadiyyatıyla bağlı narahatlıqdan sonra yaranan çaxnaşmanı şəhr edərkən belə deyib.

Onun sözlərinə görə, "İstəyirəm ki, Amerika xalqı və dünyadakı tərəfdaşlarımız bilsinlər ki, biz bu problemləri geridə qoyacağıq. Hər şey daha yaxşı olacaq və biz buna birlikdə nail oalcağıq".

Dünən Dow Jones-un indexi son 3 rekord səviyyəsində - bir günə 500 vahid düşüb. Amma bu gün səhər ABŞ-ın Əmək Departamenti elan edib ki, iyul ayında nəzərdə tutulandan daha çox - 117 min yeni iş yeri açılıb.

ABŞ-ın ardınca Asiya və Avropa birjalarında böyük enişlər yaşanıb.
XS
SM
MD
LG